İngiltərədə mövsümün rəmzi komandası - Rəsmi
İngiltərə premyer liqası

İngiltərədə mövsümün rəmzi komandası - Rəsmi

  • 2022-06-10

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün rəmzi komandasını açıqlayıb. 

Bu barədə qurumun sosial şəbəkələrində məlumat verilib. Rəmzi komandada "Liverpul"dan 6, "Mançester Siti"dən 3, "Mançester Yunayted" və "Çelsi"dən isə bir futbolçu yer alıb:

Qapıçı: Alison ("Liverpul")

Müdafiəçilər: Trent Aleksander-Arnold ("Liverpul"), Joau Kanselu ("Mançester Siti"), Antonio Rüdiger ("Çelsi"), Vircil van Deyk ("Liverpul")

Yarımmüdafiəçilər: Tiaqo Alkantara ("Liverpul"), Kevin De Brüyne, Bernardo Silva (hər ikisi "Mançester Siti")

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi "Liverpul"), Kriştiano Ronaldo ("Mançester Yunayted")

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2021/2022 mövsümünün qalibi "Mançester Siti" olub.