23 ildən sonra Premyer Liqada
İngiltərə premyer liqası

23 ildən sonra Premyer Liqada

  • 2022-05-30

İngiltərə Çempionşipində pley-off mərhələsinə yekun vurulub.

Həlledici oyunda "Nottingem Forest" və "Haddersfild" komandaları üz-üzə gəlib.
 
Rəqibini 1:0 hesabıyla məğlub edən "Nottingem Forest" növbəti mövsümdən İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. 
 
"Nottingem Forest" 23 illik fasilədən sonra Premyer Liqada iştirak hüququ qazanıb. Daha öncə çempion "Fulhem" və ikinci yerin sahibi "Bornmut" da elitaya vəsiqə qazanmışdı.