İngiltərə premyer liqası

"Çelsi"dən heç-heçə - Video

  • 2022-05-20

"Çelsi" İngiltərə Premyer Liqasının 27-ci turunun təxirə salınmış oyununda "Lester"i qəbul edib.

Matç 1:1 hesabı ilə başa çatıb.

"Çelsi" - "Lester" - 1:1
Qollar
: Maddison, 6 (0:1), Alonso, 34 (1:1)

Bu nəticədən sonra xalını 71-ə çatdıran "Çelsi" 3-cü pillədə qərarlaşıb. "Lester" 49 xalla 9-cudur. Siyahıya 90 xalla "Mançester Siti" başçılıq edir.