İngiltərə premyer liqası

"Everton" möhtəşəm geridönüş edərək liqada qaldı

  • 2022-05-20

İngiltərə Premyer Liqasında "Everton" - "Kristal Pelas" matçında qalmaqal yaşanıb. 

Liverpul təmsilçisi 0-2 hesablı geridə olmağına baxmayaraq rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Beləliklə, "Everton" sona 1 tur qalmış aşağı liqaya düşmək riskindən qurtulub və onların Premyer Liqada qalacağı dəqiqləşib. Ev sahibi komananın azarkeşləri isə 3-cü qoldan sonra tribunaları aşaraq meydana daxil olublar. Onlar sevinclərini meydanda qeyd ediblər.

Qeyd edək ki, "Everton" Premyer Liqanın turnir cədvəlində 39 xalla 16-cıdır.