Vəsiqə üçün final oynayacaqlar
İngiltərə premyer liqası

Vəsiqə üçün final oynayacaqlar

  • 2022-05-18

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda "pley-off"un (Şampionşip) finalçıları müəyyənləşib.

"Nottingem Forest" və "Haddersfild" mayın 29-da finalda üz-üzə gələcəklər. Yarımfinalda "Nottingem Forest" "Şeffild Yunayted"i, "Haddersfild" isə "Luton"u üstələyib. Finalın qalibi Premyer Liqaya vəsiqə qazanan üçüncü komanda olacaq.

Qeyd edək, bu mövsüm Şampionşipdə ilk iki yeri tutan "Fulhem" və "Bornmut" EPL-də birbaşa oynamaq hüququ əldə ediblər.