İngiltərə premyer liqası

"Liverpul" geri dönüş edərək qələbə qazandı - Video

  • 2022-05-18

"Liverpul" İngiltərə Premyer Liqasında 37-ci tur oyununa çıxıb.

Mersisayd təmsilçisi "Sauthempton"un qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

"Sauthempton" - "Liverpul- 1:2
Qollar: Redmond, 13 (1:0), Minamino, 27 (1:1), Matip, 67 (1:2)

Bu qələbə ilə xalını 89-a yüksəldən Yurgen Kloppun baş məşqçisi olduğu komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Mançester Siti"  90 xalla 1-cidir.