Ten Haq Ronaldo ilə bağlı qərarını açıqladı
İngiltərə premyer liqası

Ten Haq Ronaldo ilə bağlı qərarını açıqladı

  • 2022-05-17

Yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracaq Erik ten Haq hücumçu Kriştiano Ronaldonu klubda saxlamaq istədiyini söyləyib.

"Daily Mail"ə istinadən, o deyib: "Ronaldo nəhəng futbolçudur, bunu hamıya göstərib. Kriştiano hələ də çox iddialıdır. Təbii ki, onu komandamda saxlamaq istərdim. O, son mövsümdə "Mançester Yunayted" üçün ən vacib oyunçulardan idi. Ronaldo heyrətamiz statistika nümayiş etdirməyi bacarır".

Qeyd edək ki, 37 yaşlı oyunçu bu mövsüm "Mançester Yunayted"də 39 oyunda 24 qol vurub, 3 qolun ötürməsini verib.