Keyn onun böyük fanatıdır
- 2022-05-17
"Tottenhem"in hücumçusu Harri Keyn komandanın baş məşqçisi Antonio Konte ilə işləmək barədə danışıb.
Britaniya mətbuatına istinadən, o, italiyalı mütəxəssisin böyük fanatı olduğunu deyib: "O qalsaydı, əla olardı. Komanda onunla işləməkdən həzz alır. Növbəti mövsümü böyük məşqçi ilə gözləyirik. Amma bu, Kontenin qərarıdır və əminəm ki, o, klubla danışacaq və gələcəyi ilə bağlı qərar verəcək".
Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından London təmsilçisini çalışdırır. Onun rəhbərliyi altında komanda 35 matçda 20 qələbə qazanıb, 5 dəfə heç-heçə edib, 10 dəfə məğlub olub.