İngiltərə premyer liqası

"Mançester Siti"dən xal itkisi - Video

  • 2022-05-16

"Mançester Siti" İngiltərə Premyer Liqasında 37-ci tur oyununa çıxıb. 

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda 37- səfərdə "Vest Hem"lə qarşılaşıb. Matç 2:2 hesabı ilə yekunlaşıb. 

"Vest Hem" - "Mançester Siti" - 2:2
Qollar: 
Bouen, 24 (1:0), 45 (2:0) Qriliş, 49 (1:2), Koufal, 69-avtoqol (2:2)

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 90 xalla liderdir. 1 oyun az keçirən "Liverpul" 86 xalla 2-ci, "Çelsi" isə 70 xalla 3-cüdür. "Vest Hem" 56 xalla 7-ci yerdə qərarlaşır.