"Mançester Yunayted"in məşqində dava
İngiltərə premyer liqası

"Mançester Yunayted"in məşqində dava

  • 2022-05-14

"Mançester Yunayted"in iki futbolçusu məşq zamanı dava edib. 

Bu barədə "The Sun" məlumat yayıb. Bildirilib ki, adlları açıqlanmayan iki oyunçu bir-birinə yumruqla hücum edib. Bundan sonra digər futbolçular onları ayırmalı olub. Baş verənlərə görə məşq vaxtından əvvəl başa çatdırılıb və futbolçular paltardəyişmə otağına göndərilib.

Xatırladaq ki, hazırda "Ayaks"ı çalışdıran Erik Ten Haq bu mövsüm başa çatdıqdan sonra "Mançester Yunayted"in baş məşqçisi olacaq. Komandanın hazırkı baş məşqçisi Ralf Ranqnikdir.