"Liverpul" "Tottenhem"lə heç-heçə etdi
- 2022-05-08
"Liverpul" İngiltərə Premyer Liqasının 36-cı turunda "Tottenhem"i qəbul edib.
Matç 1:1 hesabı ilə başa çatıb.
"Liverpul' - "Tottenhem" - 1:1
Qol: Son, 56 (0:1), Dias, 74 (1:1)
Bu nəticədən sonra xalını 83-ə çatdıran "Liverpul" turnir cədvəlində 1-ci pilləyə yüksəlib. Ancaq eyni xalla 2-ci yerdə olan "Mançester Siti" bu turda "Nyukasl"a qalib gələcəyi təqdirdə, liderliyə qayıdacaq və ən yaxın izləyicisi ilə xal fərqini 3-ə yüksəldəcək. "Çelsi" 67 xalla 3-cüdür.