Premyer Liqanı tərk edəcək 2-ci klub
İngiltərə premyer liqası

Premyer Liqanı tərk edəcək 2-ci klub

  • 2022-05-08

Bu mövsüm İngiltərə Premyer Liqasını tərk edəcək 2-ci klub da müəyyənləşib.

"Uotford" 36-cı turda səfərdə "Kristal Pelas"a 0:1 hesabı ilə uduzaraq elitada qalmaq şanslarını itirib. Komanda hazırda 22 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, bundan əvvəl "Norviç"in Premyer Liqanı tərk edəcəyi dəqiqləşmişdi.