"Ronaldo oynamasa, "Mançester Yunayted" 15-16-cı yerdə olacaqdı"
İngiltərə premyer liqası

"Ronaldo oynamasa, "Mançester Yunayted" 15-16-cı yerdə olacaqdı"

  • 2022-05-04

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand hücumçu Kriştiano Ronaldonun İngiltərə klubunu tərk edə biləcəyi ilə bağlı suala sərt cavab verib.

O, "Manchester Evening News"a açıqlamasında deyib: "Belə suallar vermək axmaqlıqdır. Əgər belə suallar verirsinizsə, bu o deməkdir ki, mövsüm ərzində baş verənləri izləməmisiniz.  Ronaldo oynamasa, "Mançester Yunayted" Premyer Liqada 15-16-cı, bəlkə daha aşağı yerdə olacaq. Əsas olan Ronaldonun Ten Haqın komandasına necə inteqrasiyası olmalıdır. Ten Haq gəlib Ronaldo ilə işləyə bilməyəcəyini söyləsə, mən şoka düşəcəyəm".

Qeyd edək ki, portuqaliyalı hücumçu bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 24 qol vurub və 3 qolun ötürməsini verib.