Azarkeşlər yenə Ronaldonu seçdilər
İngiltərə premyer liqası

Azarkeşlər yenə Ronaldonu seçdilər

  • 2022-05-03

"Mançester Yunayted"də aprelin ən yaxşı futbolçusu müəyyənləşib.

Klubun saytına istinadən, Kriştiano Ronaldo ötən ayın ən yaxşısı seçilib. Portuqaliyalı hücumçu azarkeşlərin 74 faizinin səsini toplayıb. Səsvermədə ikinci yeri David De Xea (21 faiz), üçüncü yeri Nemanya Matiç (5 faiz) tutub. 

Ronaldo bu mövsüm ardıcıl 2-ci dəfə, ümumilikdə isə 4-cü dəfə "Mançester Yunayted"də ayın oyunçusu seçilib. 

Qeyd edək ki, 37 yaşlı futbolçu apreldə Premyer Liqada 4 oyunda 5 qol vurub.