Salah mövsümün ən yaxşı futbolçusu seçildi
İngiltərə premyer liqası

Salah mövsümün ən yaxşı futbolçusu seçildi

  • 2022-04-30

"Liverpul"un futbolçusu Məhəmməd Salah  İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının versiyasına görə,  2021/2022 mövsümünün ən yaxşı oyunçusu olub.

Qurumun saytına istinadən, misirli hücumçu səsvermədə "Mançester Siti"dən Kevin de Brüyne və "Vest Hem"dən Deklan Raysı qabaqlayaraq 48 faiz səs toplayıb .

Salah bu mükafatı ikinci dəfə qazanıb. Bundan əvvəl 29 yaşlı oyunçu 2018-ci ildə bu ada layiq görülmüşdü.

"Çelsi"nin hücumçusu Sem Kerr isə İngiltərədə ilin ən yaxşı qadın futbolçusu seçilib.

Qeyd edək ki, Salah bu mövsüm Premyer Liqanın 31 oyununda 22 qol vurub və 13 qolun ötürməsini verib.