"Mançester Yunayted" oyuna itkilərlə çıxacaq
İngiltərə premyer liqası

"Mançester Yunayted" oyuna itkilərlə çıxacaq

  • 2022-04-28

"Mançester Yunayted"in futbolçuları Harri Maquayr və Ceydon Sanço Premyer Liqanın 34-cü turunda "Çelsi”i ilə matçda oynamayacaq.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ralf Ranqnik bu barədə danışıb. O, bildirib ki, Sanço xəstəliyi, Maguayr isə zədə səbəbindən oyunu buraxacaq.

"Harrinin dizində problem var. O, dünən və ya bu gün məşq etmədi. Ceydon isə xəstələndi. Məşq etməyib, bu gün meydana çıxmaq üçün müsait olmayacaq". 

Qeyd edək ki, bu gün keçiriləcək "Mançester Yunayted" - "Çelsi" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.