Ronaldo vurduğu qolu oğluna həsr etdi
İngiltərə premyer liqası

Ronaldo vurduğu qolu oğluna həsr etdi

  • 2022-04-23

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 34-cü turunda "Arsenal"la oyunda etdiyi hərəkətlə diqqət çəkib.

34-cü dəqiqədə fərqlənən portuqaliyalı hücumçu vurduğu qolu ölən oğluna həsr edib.

Qeyd edək ki, görüş "Arsenal"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, aprelin 18-i Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlamışdı.