Jezusdan poker, "Mançester Siti"dən darmadağın
İngiltərə premyer liqası

Jezusdan poker, "Mançester Siti"dən darmadağın

  • 2022-04-23

"Mançester Siti" İngiltərə Premyer Liqasında 34-cü tur oyununa çıxıb.

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda "Uotford"u qəbul edib və rəqibini darmadağın edib - 5:1.

"Mançester Siti" - "Uotford" - 5:1
Qollar: 
Jezus, 4 (1:0), 23 (2:0), Kamara, 28 (2:1), Rodri, 34 (3:1), Jezus 49-pen (4:1), 53 (5:1)

Bu nəticədən sonra xalını 80-ə yüksəldən "Mançester Siti" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Mançester təmsilçisindən 1 oyun az keçirən "Liverpul" 76 xalla 2-ci, "Çelsi" 62 xalla 3-cüdür. "Uotford" isə 22 xalla 19-cu pillədə qərarlaşıb.