"Çelsi" 33 il sonra antirekordu yenilədi
- 2022-04-21
"Çelsi" 33 il sonra klub antirekordunu yeniləyib.
Bu, komandanın ötən gün evdə Premyer Liqanın 25-ci turunun "Arsenal"la təxirəsalınmış görüşündə qeydə alınıb. "Zadəganlar" London derbisində rəqibinə 2:4 hesabı ilə məğlub olub. Bununla da "Çelsi" 33 il sonra ilk dəfə öz meydanında 3 və daha çox qol buraxıb.
Komanda sonuncu dəfə 1989-cu ilin dekabrında "Liverpul"a "Stamford Bridc"də 5:2 hesabı ilə uduzub.
Bundan əlavə, "Çelsi" 1993-cü ilin noyabrından bəri ilk dəfə bütün yarışlarda ardıcıl üç ev oyununda məğlub olub.
Qeyd edək ki, "Çelsi" hazırda turnir cədvəlində 31 matçdan sonra 62 xalla 3-cü, “Arsenal” isə 57 xalla 5-ci yerdədir.