Ronaldo məşqlərə qayıtdı
- 2022-04-21
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo məşqləri bərpa edib.
Bu barədə "Manchester Evening News" məlumat yayıb. Portuqaliyalı hücumçu bu gün klubun bazasına gedib və məşqdə iştirak edib.
Xatırladaq ki, aprelin 18-i Ronaldo yeni doğulan oğlunun vəfat etdiyini açıqlamışdı. Bu səbəbdən 37 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 30-cu turunun "Liverpul"la matçını (0:4) buraxmışdı.