Ronaldoya yüksək məbləğdə mükafat
İngiltərə premyer liqası

Ronaldoya yüksək məbləğdə mükafat

  • 2022-04-18

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 33-cü turunda "Norviç"ə 3:1 hesabı ilə qalib gəldikləri oyunda het-trikə imza atdıqdan sonra yüksək məbləğdə mükafat alacaq.

"The Sun"a istinadən, portuqaliyalı futbolçu bu mövsüm 21 qol vurduğu üçün klubla müqaviləsində bonus maddəsi aktivləşdirilib. Ronaldonun müqaviləsində 20 qola çatacağı təqdirdə, 905  min avro mükafat və het-trikə görə daha 120 min avro qazanacağı ilə bağlı maddə yer alıb.

Bundan başqa, Ronaldo bu mövsümün sonuna qədər vurduğu hər əlavə qola görə də 120 min avro alacaq.