Ronaldonun het-triki "Yunayted"ə qələbə qazandırdı
İngiltərə premyer liqası

Ronaldonun het-triki "Yunayted"ə qələbə qazandırdı

  • 2022-04-17

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 33-cü tur oyununa çıxıb.

"Qırmızı şeytanlar" autsayder "Norviç"i qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" - "Norviç" - 3:2
Qollar: Ronaldo, 7 (1:0), 32 (2:0), Dauell, 45+1 (2:1), Pukki, 52 (2:2), Ronaldo, 76 (3:2)

Bu qələbə ilə xalını 54-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində 5-ci pilləyə yüksəlib, "Norviç" 21 xalla sonuncu-20-cidir. Siyahıya 74 xalla "Mançester Siti" başçılıq edir.