İngiltərə premyer liqası

Mərkəzi qarşılaşmada bərabərlik - Video

  • 2022-04-11

İngiltərə Premyer Liqasında 32-ci turun oyunları keçirilir.

Bu gün turun mərkəzi matçında lider "Mançester Siti" 2-ci pillədə qərarlaşan "Liverpul"u qəbul edib.

Liderlik uğrunda qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

"Mançester Siti" - "Liverpul" - 2:2

Qollar: De Brüyne, 5 (1:0), Jota, 13 (1:1), Jesus, 36 (2:1), Mane, 46 (2:2)

Bu nəticədən sonra "Mançester Siti" 74 xalla 1-ci, "Liverpul" 73 xalla 2-cidir. "Çelsi" 67 xalla 3-cü, "Tottenhem" 57 xalla 4-cüdür.