İngiltərə premyer liqası

Kriştiano Ronaldo azarkeşin telefonunu sındırdı - Video

  • 2022-04-10

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 32-ci turunda "Everton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra azarkeşin telefonunu sındırıb.

"Sky Sports"a istinadən, portuqaliyalı hücumçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 yaşlı oyunçu fanatın əlini itələyən vaxtı telefon yerə düşüb.

Görüşdən sonra Ronaldo özünün "İnstaqram" hesabı vasitəsi ilə başa verən hadisəyə görə üzr istəyib: "Belə çətin anlarda emosiyaların öhdəsindən gəlmək həmişə çətindir. Bu gözəl oyunu sevən gənclərə hər zaman hörmət etməli, səbirli davranmalı və nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyirəm. Dürüstlük və idman prinsipləri əlaməti olaraq həmin azarkeşi "Old Trafford"dakı matça dəvət edirəm”.