Klopp onu dünyanın ən yaxşı məşqçisi adlandırdı
İngiltərə premyer liqası

Klopp onu dünyanın ən yaxşı məşqçisi adlandırdı

  • 2022-04-09

"Liverpul"un baş məşqçisi Yurgen Kloppun fikrincə, hazırda dünyanın ən yaxşı məşqçisi Xosep Qvardioladır.

Britaniya mətbuatına istinadən, "Mançester Siti"dəki həmkarı barədə danışan alman mütəxəssis deyib: "Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, bizim hamımız bu fikirlə razıyıq. Kimsə buna şübhə edirdə, onu başa düşmürəm". 

Qeyd edək ki, aprelin 10-da İngiltərə Premyer Liqasının 32-ci turunda "Mançester Siti" öz meydanında "Liverpul"la qarşılaşacaq.