Lemparddan antirekord
İngiltərə premyer liqası

Lemparddan antirekord

  • 2022-04-06

"Everton"un baş məşqçisi klubda antirekorda imza atıb.

İngiltərəli mütəxəssisin komandası Premyer Liqanın 31-ci turunda səfərdə "Vest Hem"ə məğlub olub - 1:2. Nəticədə o, "Everton"da çempionatda ardıcıl 4 səfər oyununda uduzan ilk çalışdırıcı olub.

Lempard bu komandanın baş məşqçisi kimi 8 oyunda cəmi 2 qələbə qazanıb. O, yanvarın 31-dən Premyer Liqa təmsilçisini çalışdırır.