"Mançester Yunayted" Ronaldosuz qalib gələ bilmir
İngiltərə premyer liqası

"Mançester Yunayted" Ronaldosuz qalib gələ bilmir

  • 2022-04-03

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında Kriştiano Ronaldonun oynamadığı matçlarda növbəti dəfə qalib gələ bilməyib.

Komanda son olaraq ölkə çempionatının 31-ci turunda "Lester"lə heç-heçə (1:1) edib. Portuqaliyalı hücumçu isə qripə yoluxduğu üçün onun adı görüşün iştirak ərizəsində yer almayıb. 37 yaşlı futbolçu ötən yayın sonunda komandaya qoşulduqdan sonra  6 liqa oyununda əsas heyətdən kənarda qalıb. Onların heç birində "Mançester Yunayted" qalib gələ bilməyib.

Klub 5 oyunda ("Everton", "Çelsi", "Aston Villa", "Bernli", "Lester") heç-heçə edib, 1-də isə "Mançester Siti"yə uduzub.