Martın ən yaxşı məşqçisi müəyyənləşdi
İngiltərə premyer liqası

Martın ən yaxşı məşqçisi müəyyənləşdi

  • 2022-04-02

İngiltərə Premyer Liqasında martın ən yaxşı məşqçisi müəyyənləşib.

Turnirin saytına istinadən, "Arsenal"ın baş məşqçisi Mikel Arteta ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Antonio Konte ("Tottenhem"), Yurgen Klopp ("Liverpul"), Tomas Tuhel ("Çelsi"), Brendan Rocersi ("Lester") qabaqlayıb.

Qeyd edək ki, Arteta bu mövsüm ikinci dəfə ayın məşqçisi mükafatını alıb.

Xatırladaq ki, ispan mütəxəssisin rəhbərliyi altında "Arsenal" martda oynadığı 4 matçın 3-də qalib gəlib, 1-də uduzub.