Keyn ən yaxşı seçildi, Aqueronun rekordunu təkrarladı
- 2022-04-02
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Bu ada "Tottenhem"dən Harri Keyn layiq görülüb. O, Metti Keş ("Aston Villa"), Trevo Çalobah, Kay Havertz (hər ikisi "Çelsi"), Deyan Kulusevski ("Tottenhem"), Endryu Robertson ("Liverpul"), Bukayo Saka ("Arsenal") və İvan Toneyi ("Brentford") qabaqlayıb.
Keyn mart ayında 4 oyunda 4 qol vurub və 2 qolun ötürməsini verib.
Qeyd edək ki, Harri Keyn 7-ci dəfə ayın ən yaxşısı seçilib. Bununla da o, "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aqueronun rekordunu təkrarlayıb.