Ronaldo ən yaxşı seçildi
İngiltərə premyer liqası

Ronaldo ən yaxşı seçildi

  • 2022-03-27

"Mançester Yunayted"də mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. 

Bu ada Kriştiano Ronaldo layiq görülüb. O, Ceydon Sanço və Fredi qabaqlayıb. 

Ronaldo mart ayında Premyer Liqada "Tottenhem"lə matçda het-trik edib. 

Qeyd edək ki, 37 yaşlı hücumçu 3-cü dəfə ən yaxşı seçilib.