"Mançester Yunayted"dən yeni rekord
İngiltərə premyer liqası

"Mançester Yunayted"dən yeni rekord

  • 2022-03-14

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb. 

Bu barədə "Opta" məlumat yayıb. Komanda ötən gecə Premyer Liqanın 29-cu turunda doğma meydanda "Tottenhem"ə qalib gəlib - 3:2. Beləliklə, "qırmızı şeytanlar" "Old Trafford"da qazandığı qələbələrin sayını 400-ə çatdırıb. Bununla da "Mançester Yunayted" Premyer Liqada doğma meydanda ən çox qələbə qazanan komanda olub. 

Qeyd edək ki, "Mançester Yunayted" 29 matçda 50 xal toplayıb və turnir cədvəlində 4-cü yerdədir.