"Liverpul"dan növbəti qələbə
İngiltərə premyer liqası

"Liverpul"dan növbəti qələbə

  • 2022-03-12

"Liverpul" İngiltərə Premyer Liqasında 29-cu tur oyununa çıxıb.

Mersisayd təmsilçisi səfərdə "Brayton"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

"Brayton" - "Liverpul" - 0:2
Qollar: 
Diaz, 19, Salah, 61-pen

Bu qələbə ilə xalını 66-a yüksəldən "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb, "Brayton" isə 33 xalla 13-cüdür. Siyahıya 69 xalla "Mançester Siti" başçılıq edir.