"Çelsi"yə daha bir ağır zərbə
İngiltərə premyer liqası

"Çelsi"yə daha bir ağır zərbə

  • 2022-03-11

Böyük Britaniyanın "Çlesi"nin sahibi olan rusiyalı iş adamı Roman Abramoviçə qoyduğu sanksiyalar klubun transfer bazarındakı işini məhdudlaşdıracaq. 

Britaniya mətbuatına istinadən, London təmsilçisi sözügedən sanksiyalar səbəbindən yeni oyunçu ala və öz futbolçuları ilə müqaviləni yeniləyə bilməyəcək. Həmçinin "Çelsi"nin oyunçularını icarəyə verməsi mümkün olmayacaq.  Lakin bu, klubun işçilərinin maaşını ödəməsinə mane olmayacaq. 

Həmçinin "Çelsi" qadağalara görə bilet satışı həyata keçirə bilməyəcək. 

Qeyd edək ki, Böyük Britaniya Abramoviçin bütün aktivlərini dondurub. Nəticədə kluba alıcı axtaran rusiyalı iş adamı Premyer Liqa təmsilçisini sata bilməyəcək. Lakin "Çelsi" fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb.