Ronaldo iki ay ağrı ilə oynayıb
İngiltərə premyer liqası

Ronaldo iki ay ağrı ilə oynayıb

  • 2022-03-10

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun son iki aydır ayağından narahatlıq yaşayıb.

Bu barədə "The Telegraph" məlumat yayıb. Bildirilib ki, portuqaliyalı hücumçu son iki ayda ağrı ilə oynayıb.

37 yaşlı oyunçu zədə səbəbindən İngiltərə Premyer Liqasını 28-ci turunda "Mançester Siti" ilə oyunu (1:4) buraxıb. Onun ölkə çempionatının növbəti turunda "Tottenhem"ə qarşı oynamaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, Ronaldo bu mövsüm 31 oyunda 15 qol vurub, 3 qolun ötürməsini verib.