"Liverpul", "Çelsi" və "Lester"dən qələbə
- 2022-03-06
İngiltərə Premyer Liqasında 28-ci tura start verilib.
Turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf olunub.
"Lester Siti" "Lids"i, "Aston Villa" "Sauthempton"u, "Nyukasl" isə "Brayton"u məğlub yola salıb. "Vulverhempton" evdə "Kristal Pelas"a, "Norviç Siti" isə "Brentford"a uduzub.
Həftəiçi İngiltərə kubokunda mərhələ adlayan "Çelsi" təxminən iki həftəlik fasilədən sonra Premyer Liqa matçına çıxıb. Londonlular təhlükəli zonadan uzaqlaşmağa çalışan "Bernli"nin qonağı olub. "Zadəganlar" bu görüşdə 4 cavabsız qola seviniblər. "Liverpul" isə "Vest Hem"i qəbul edib. "Qırmızılar" bu oyundan minimal hesabla qalib ayrılıb.
İngiltərə Premyer Liqası
28-ci tur
5 mart
"Lester Siti" – "Lids" - 1:0
Qol: Barnes, 67.
"Aston Villa" – "Sauthempton" - 4:0
Qollar: Uotkins, 9. D.Luis, 44. Koutinyo, 52. İnqs, 54.
"Bernli" – "Çelsi" - 0:4
Qollar: R.Ceyms, 47. Haverts, 52; 55. Pulişiç, 69.
"Vulverhempton" – "Kristal Pelas" - 0:2
Qollar: Mateta, 19. Zaha, 34-pen.
"Norviç Siti" – "Brentford" - 1:3
Qollar: Pukki, 90+2 - Toni, 32; 52; 58.
"Nyukasl" – "Brayton" - 2:1
Qollar: Freyzer, 12. Şar, 14 – Dank, 55.
"Liverpul" – "Vest Hem" - 1:0
Qol: Mane, 27.