Mançester derbisində oynamayacaqlar
İngiltərə premyer liqası

Mançester derbisində oynamayacaqlar

  • 2022-03-05

"Mançester Siti"nin futbolçuları Ruben Diaş və Natan Ake "Mançester Yunayted"ə qarşı İngiltərə Premyer Liqasının 28-ci turunda keçiriləcək matçı buraxacaqlar.

Britaniya mətbuatına istinadən, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. Mütəxəssis sözügedən oyunçuların zədə səbəbindən Mançester derbisində iştirak etməyəcəklərini deyib.

Qeyd edək ki, Diaş və Ake İngiltərə kubokunda "Peterboro" ilə görüşdə (2:0) zədələniblər.

Xatırladaq ki, "Mançester Siti" - "Mançester Yunayted" oyunu sabah keçiriləcək.