Makqreqor "Çelsi"ni almaq istəyir
İngiltərə premyer liqası

Makqreqor "Çelsi"ni almaq istəyir

  • 2022-03-03

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor "Çelsi"ni almaq istəyir. 

Bu barədə Makqreqor öz sosial şəbəkə hesablarında paylaşım edib. O, London təmsilçisini 3 milyard sterlinqə almaqda istədiyi barədə yazışmasının ekran görüntüsünü paylaşıb. Makqreqor fotonu belə şərh edib: "Mən bu məsələ ilə maraqlanıram". 

Qeyd edək ki, "Çelsi"nin hazırkı sahibi Roman Abramoviç ötən gün "zadəganlar" üçün alıcı axtardığını açıqlayıb.