"Everton" Rusiya şirkətləri ilə əməkdaşlığı dayandırdı
- 2022-03-03
"Everton" əməkdaşlıq etdiyi bütün Rusiya şirkətləri ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi "USM", "Megafon" və "Yota" ilə müqaviləyə xitam verdiyini açıqlayıb. Buna səbəb kimi Rusiya qoşunlarının Ukraynada hərbi əməliyyatlar aparmasıdır.
Qeyd edək ki, daha əvvəl UEFA və "Şalke" Rusiyanın "Qazprom" şirkəti ilə əməkdaşlığı ləğv edib.