"Mançester Yunayted" 7 milyon təzminat ödədi
- 2022-03-02
"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşerə təzminat ödəyib.
Britaniya mətbuatına istinadən, norveçli mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə Mançester təmsilçisindən təxminən 7 milyon funt-sterlinq alıb. 49 yaşlı çalışdırıcının köməkçilərinə isə 3 milyon avro təzminat ödənilib.
Xatırladaq ki, Sulşer ötən ilin noyabrında "Mançester Yunayted"dən qovulub. Hazırda klubu Ralf Ranqnik çalışdırır.