Ceymi Vardi Premyer Liqanın tarixinə düşdü
İngiltərə premyer liqası

Ceymi Vardi Premyer Liqanın tarixinə düşdü

  • 2022-03-02

"Lester"in futbolçusu Ceymi Vardi yeni rekorda imza atıb.

35 yaşlı ingiltərəli hücumçunun rekordu Premyer Liqanın son turunda "Bernli"yə qalib gəldikləri oyunda (2:0) qeydə alınıb.

Görüşdə fərqlənən futbolçu 30 yaşından sonra vurduğu qolların sayını 94-ə çatdırıb. O, bu göstəricidə "Arsenal"ın keçmiş futbolçusu İan Raytı qabaqlayıb. Rayt 30 yaşdan sonra 93 qol vurmağl bacarmışdı.

Qeyd edək ki, Ceymi Vardi bu mövsüm Premyer Liqada 17 oyuna 10 qol vurub.