"Arsenal"dan rekord məbləğdə itki
İngiltərə premyer liqası

"Arsenal"dan rekord məbləğdə itki

  • 2022-03-01

"Arsenal" ötən ilin maliyyə hesabatını açıqlayıb.

Klubun mətbuat xidmətinə istinadən, son maliyyə ilində London təmsilçisi 107 milyon funt-sterlinq itki ilə üzləşib. Bu isə klubun tarixində rekord məbləğdə itkidir. Buna səbəb koronavirus səbəbindən azarkeşlərin uzun müddət tribunalara buraxılmamasıdır.

Xatırladaq ki, hazırda Mikel Artetanın rəhbərliyi "Arsenal" İngiltərə çempionatında 6-cı pillədə qərarlaşıb.