İngiltərə premyer liqası

"Mançester Siti" minimal hesabla qalib gəldi - Video

  • 2022-02-27

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb. 

Komanda 27-ci turda səfərdə "Everton"la qarşılaşıb. "Şəhərlilər" 1:0 hesablı qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu 81-ci dəqiqədə Fil Foden vurub. 

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 66 xalla 1-ci, "Everton" isə 22 xalla 17-cidir.