"Tottenhem"dən darmadağın
İngiltərə premyer liqası

"Tottenhem"dən darmadağın

  • 2022-02-26

"Tottenhem" İngiltərə Premyer Liqasında 27-ci tur oyununa çıxıb.

London klubu "Lids"in qonağı olub. Matç "Tottenhem"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Lids" - "Tottenhem" - 0:4
Qollar:
 Doherti, 10, Kulusevski, 15, Keyn, 27, Son, 85

Bu qələbə ilə xalını 42-yə yüksəldən "Tottenhem" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Siyahıya 63 xalla "Mançester Siti" başçılıq edir.