"Liverpul"dan darmadağın, "Tottenhem"dən məğlubiyyət
İngiltərə premyer liqası

"Liverpul"dan darmadağın, "Tottenhem"dən məğlubiyyət

  • 2022-02-24

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

"Tottenhem" səfərdə "Bernli" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Beş qolun qeydə alındığı "Uotford" – "Kristal Pelas" matçında qonaqlar qalib gəlib - 4:1.

"Liverpul" isə evdə "Lids"i darmadağın edib - 6:0.

13-cü tur

"Bernli" – "Tottenhem"  - 1:0
Qol: 
B.Mi, 71.

18-ci tur

"Uotford" – "Kristal Pelas"  - 1:4
Qol
: M.Sissoko, 18 – Mateta, 5. Qallaxer, 42. Zaha, 85; 90.

19-cu tur

"Liverpul" – "Lids" - 6:0
Qol:
 Salah, 15-pen; 35-pen. Matip, 30. Mane, 80; 90+1. Van Deyk, 90+3.

Bu nəticələrdən sonra "Liverpul" xallarını 60-a çatdıraraq 2-ci pillədəki mövqeyini gücləndirib. İndi "qırmızılar" lider "Mançester Siti"dən cəmi 3 xal geri qalır. "Çelsi" 50 xalla 3-cü, "Mançester Yunayted" 46 xalla 4-cü, "Vest Hem" 42 xalla 5-cidir.