Lukakudan antirekord
- 2022-02-21
"Çelsi"nin futbolçusu Romelu Lukaku antirekord müəyyyənləşdirib.
"Opta"ya istinadən, belçikalı hücumçunun antirekordu Premyer Liqanın 26-cı turunda "Kristal Pelas"a 1:0 hesabı ilə qalib gəldikləri matçda qeydə alınıb. 90 dəqiqə meydanda olan forvard topa cəmi 7 toxunuş edib.
Bu isə bu cür statistikaların toplanmağa başladığı 2003/2004 mövsümündən bəri matçın startından final fitinədək meydanda olan oyunçu üçün ölkə çempionatında ən zəif göstəricidir.