İngiltərə premyer liqası

"Mançester Yunayted"dən səfərdə möhtəşəm qələbə - Video

  • 2022-02-21

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları davam edir. 

"Mançester Yunayted" bu dəfə səfərdə "Lids Yunayted" ilə qarşılaşıb. "Qırmızı şeytanlar" rəqibini 4:2 hesabı ilə məğlub edib. 

Hesabı 34-cü dəqiqədə "Mançester Yunayted"dən Harri Maquayr açıb. 45+5-ci dəqiqədə Bruno Fernandeş komandasının 2-ci qolunu vurub. "Lids Yunayted"in oyunçularından 53-cü dəqiqədə Rodriqo, 1 dəqiqə sonra isə Rafinya qapını dəqiq nişan alaraq hesabı bərabərləşdiriblər. Lakin "Mançester Yunayted" bu hesabla razılaşmayıb. Fred 70-ci dəqiqədə komandasını yenidən irəli çıxarıb. Qarşılaşmada son nöqtəni isə qonaqların futbolçusu Entoni Elanqa qoyub. Beləliklə, "Mançester Yunayted" 4:2 hesablı qələbə qazanıb. 

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 46 xalla 4-cü, "Lids Yunayted" isə 23 xalla 15-cidir. 

"Lids Yunayted" - "Mançester Yunayted" - 2:4

Qollar: Rodriqo, 53, Rafinya, 54 - Maquayr, 34, Fernandeş, 45+5, Fred, 70, Elanqa, 88