İngiltərə premyer liqası

"Tottenhem" səfərdə "Mançester Siti"ni məğlub etdi - Video

  • 2022-02-20

İngiltərə Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

Turun mərkəzi matçında lider "Mançester Siti" öz meydanında "Tottenhem"i qəbul edib. Ardıcıl 3 oyundur uduzan qonaqlar dramatik oyunda 3:2 hesablı qələbə qazanıb. Harri Keyn 90+6-cı dəqiqədə qələbə qolunu vurub.

"Mançester Siti" - "Tottenhem" - 2:3

Qollar: Kuluşevski, 4 (0:1), Gündoğan, 33 (1:1), Keyn, 59 (1:2), Mahrez, 90+2 (2:2), Keyn, 90+6 (2:3)

"Tottenhem" 23 oyuna 39 xalla 7-ci pillədə qərarlaşıb. "Mançester Siti" 26 oyuna 63 xalla liderdir. Bir oyun az keçirən "Liverpul" 57 xalla 2-ci, "Çelsi" 50 xalla 3-cüdür.