"Günahkar Ronaldodur"
İngiltərə premyer liqası

"Günahkar Ronaldodur"

  • 2022-02-19

"Liverpul"un keçmiş futbolçusu Ceymi Karraqer "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo haqda danışıb.

Britaniya mətbuatına istinadən, o deyib ki, "qırmızı şeytanlar" portuqaliyalı oyunçunu ikinci dəfə transfer etməklə səhv edib: 

"Ronaldo "Mançester Yunayted" üçün bir sıra vacib qollar vurdu. Lakin komanda hələ də bütövlükdə özünü inkişaf etdirməyib. Buna görə günahkar Ronaldodur".

Qeyd edək ki, 37 yaşlı oyunçu 2021-ci ilin yayında "Mançester Yunayted"lə 2+1 illik müqalivə imzalayıb.