İngiltərə premyer liqası

Ronaldonun möhtəşəm qolu və "Yunayted"in qələbəsi - Video

  • 2022-02-16

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış oyun keçirilib.

"Mançester Yunayted" doğma meydanda "Brayton"la qarşılaşıb.

"Qırmızı şeytanlar" bu oyundan inamlı qələbə ilə ayrılıblar. Mançester təmsilçisini portuqaliyalı legionerləri sevindirib.

Bu qələbədən sonra "Mançester Yunayted" 43 xalla 4-cü pillədə qərarlaşıb. "Brayton" isə 33 xalla 9-cudur

İngiltərə Premyer Liqası

18-ci turun oyunu

15 fevral

"Mançester Yunayted" – "Brayton" - 2:0

Qollar: Ronaldo, 51, Fernandes, 90+7.