11 ildə ilk dəfə Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
İngiltərə premyer liqası

11 ildə ilk dəfə Premyer Liqanın ən yaxşı oyunçusu seçildi

  • 2022-02-05

İngiltərə Premyer Liqasında yanvarın ən yaxşı oyunçusu müəyyənləşib.

İngiltərə Premyer Liqasının rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in qapıçısı David De Xea ötən ayın ən yaxşısı seçilib. 31 yaşlı qolkiper karyerasında ilk dəfə ayın oyunçusu mükafatına layiq görülüb.

Qeyd edək ki, De Xea yanvar Premyer Liqada meydana çıxdığı 4 oyunda 4 qol buraxıb və 22 seyv edub.